“Real”ın prezidenti Florentino Peres “Barselona”nın futbolçusu Pedrini 2027-ci ildə transfer etmək və 2000-ci ildə Luış Fiqonun “Real”a keçidini təkrarlamaq istəyir.
Sportal.az xəbər verir ki, bunu ilk dəfə ispaniyalı jurnalist və strimer Siro Lopes cümə günü öz YouTube kanalında bildirib.
“Bu mübarizə daha çox Laporta ilə Florentino arasında gedir. Onlar futbolçunu razı salmalıdırlar, amma deyildiyi kimi, pul hər şeyi həll edir. Pedri ilə bağlı çox vacib amil var: o, “Barselona”da xoşbəxtdir və həqiqi “Barselona” azarkeşidir”, – deyə Lopes bildirib.
Qeyd edək ki, Pedrinin “Barselona” ilə müqaviləsi 2030-cu ilə qədərdir və çıxış maddəsinin məbləği 1 milyard avrodur.
saytlarin hazirlanmasi
