Azarkeşlərdən Ronaldoya dəstək, oyunun 7-ci dəqiqəsində... - FOTO

00:01 - 7 Fevral 2026

“Əl-Nəsr” azarkeşləri komandanın matçlarını boykot edən hücumçu Kriştiano Ronaldonu dəstəkləyiblər.

Sportal.az xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda “Əl-İttihad Ciddə”yə qarşı oyunu (2:0) buraxıb. Portuqaliyalı ardıcıl ikinci görüşdə də iştirak etməyib, komanda isə onsuz hər iki matçda qələbə qazanıb.

Oyunun 7-ci dəqiqəsində azarkeşlər Ronaldunun soyadı və onun 7 nömrəsi olan bannerlər qaldırıblar.


Xəbər xətti