"Qenqam"ın prezidenti Bakıya gəldi - "Qarabağ" Zubiri satacaq?

10:10 - 16 Avqust 2019

Vinger axtarışında olan Fransanın "Qenqam" klubu "Qarabağ"ın futbolçusu Abdullah Zubirlə ciddi şəkildə  maraqlanır.

 

Sportal.az letelegramme.fr saytına istinadən xəbər verir ki, ötən mövsüm I Liqanı tərk edən klubun prezidenti Bertrand Desplat və agent Stefan Karno Bakıya gəlib. Onlar 27 yaşlı futbolçunun transferi üçün "Qarabağ"la danışıqlar aparır.

 

"Qarabağ" Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında "Lans"dan 1 milyon avroya transfer edib. Zubirin müqaviləsi gələn yay başa çatacaq.

Xəbər xətti