Yurçeviç Dadaşovu yığmaya çağırdı

Almaniyanın "Proysen" klubunun hücumçusu Rüfət Dadaşov AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya milliləri ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə dəvət alıb.

 

Sportal.az klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Nikola Yurçeviç 27 yaşlı forvardı milliyə çağırıb.

 

Azərbaycan millisi sentyabrın 6-da Uelsin qonağı olacaq, 3 gün sonra isə Xorvatiyanı qəbul edəcək. Yığma komanda ilk 3 oyununda uduzub.

Tarix: 17 Avqust [13:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio