"Ramil ondan tələb olunan işi görməyi bacarır" - "Dinamo"nun baş məşqçisi

11:17 - 19 Avqust 2019

Rusiyanın “Dinamo” klubunun baş məşqçisi Dmitri Xoxlov Premyer Liqanın 6-cı turunda “Lokomotiv”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "Match TV" kanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Moskva klubunun şərəfini qoruyan Azərbaycan millisinin forvardı Ramil Şeydayevin çıxışı barədə də danışı:

 

“Ramil meydanda ondan tələb olunan işi görməyi bacarır. Bəli, onda hər şey tam alınmır. Hər şeydən əvvəl hücumçu qol vurmalıdır. Düşünürəm ki, Ramil üçün hər şey qarşıdadır”.

 

22 yaşlı hücumçu cari mövsüm Premyer Liqada 5 oyuna 1 assist edib.

Xəbər xətti