"Sabah" yeni formalarını təqdim elədi - VİDEO

12:08 - 19 Avqust 2019

"Sabah" 2019/2020 mövsümündə istifadə edəcəyi formaları təqdim edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “Macron” firması klubun təqdim etdiyi xüsusi dizaynla formaları hazırlayıb.

 

Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidir.

 

Səfər oyunları üçün hazırlanmış forma futbol akademiyasının bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.

 

"Sabah" yeni mövsümdə ilk oyununu bu gün "Neftçi"yə qarşı keçirəcək.

 

Xəbər xətti