Xorvatiya millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI

15:09 - 19 Avqust 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Slovakiya milliləri ilə qarşılaşacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 23 futbolçuya dəvət yollayıb. Yığmaya dəvət alanlar arasında Türkiyənin "Rizəspor" klubunun müdafəçisi Dario Melnyak da var. "Neftçi"nin sabiq futbolçusu ikinci dəfə milliyə çağırılıb.

 

"Ağ-qaralar" 26 yaşlı sol cinah müdafiəçisini 2016-cı ilin yayında Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi.

 

Xorvatiya sentyabtın 6-da Slovakiyanın, 3 gün sonra isə Azərbaycanın qonağı olacaq.

 

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo" Zaqreb), Simon Sluqa ("Luton Taun", İngiltərə);

 

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Edvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya), Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizespor", Türkiyə);

 

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badely ("Fiorentina", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya);


Hücumçular: İvan Perişiç ("Bavariya", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Brekalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi "Dinamo" Zaqreb).

 

Image

Xəbər xətti