İngiltərə Premyer Liqasında kuryoz hadisə: tıxacda qalan hakim oyuna gecikdi

İngiltərə Premyer Liqasının ikinci turunda keçirilən "Çelsi" - "Lester Siti" oyununda maraqlı hadisə yaşanıb.

 

Sportal.az "Daily Telegraph"a istinadən xəbər verir ki, matçın baş hakimi təyin edilmiş Qrem Skott yolda tıxcada qaldığı üçün stadiona gec çatıb. Buna görə də qarşılaşmanı dördüncü hakim Oliver Lenqford idarə edib.

 

Skott yolda baş vermiş qəzadan sonra zəncirvari tıxaca düşüb. Qrem Skott matçın başlamasına 10 dəqiqə qalmış stadiona da çatsa da, oyunu idarə etməsinə izn verilməyib.

 

Əsasən, Çempionşipdə oyunlar idarə edən Lenqford ilk dəfə Premyer Liqada baş hakim olub. Görüş isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Tarix: 19 Avqust [18:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio