"Aciz "Neftçi" rəhbərliyi istefaya layiq olduğunu bir daha sübut etdi" - BƏYANAT

Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi” “Sabah”ı qəbul edib və 1:1 hesablı heç-heçə edib.

 

Matçın ilk hissəsində "Ağ-qaralar"ın azarkeşlərinin bir qismi “Neftçi” rəhbərliyini istefaya səsləməyə başlayıb. “Neftçimaniya” fan klubu başda olmaqla bəzi azarkeşlər klub prezidenti Kamran Quliyevi, idman direktoru Ceyhun Sultanovu, baş məşqçi Roberto Bordini istefaya səsləyib. “Kamran, “Sumqayıt”a qayıt!", "Ceyhun, istefa!", “Yığın çantanı, rədd olun, gedin!” və "İstefa!" şüarları birinci hissə ərzində davam edib.

 

"Neftçi" rəhbərliyi polisə göstəriş verərək, fanat qrupunu "Bakcell Arena"dan kənarlaşdırıb.

 

Sportal.az xəbər verir ki, "Neftçimaniya" azarkeş qrupu "facebook" səhifəsində bəyanat yayıb:

 

"Klubun pis günü o vaxt olur ki, büdcəsi olmur, transfer edə bilmir, pis şəraitdə məşq edir, pis stadionda oynayır və uduzur. Ancaq döyüşüb məğlub olur. Döyüşən komandanın udsa da, uduzsa da, yanında olmuşuq həmişə. Daha hər şey qaydasında olan vaxt, Bakıda 90 dəqiqə susmayan, 12 min adamın yaratdığı möhtəşəm atmosferlə səfərə gedib 90 dəqiqə qəsdən məzələnib uduzan, komandanın adını, azarkeşin əziyyətini yerə vuran komandanın, rəhbərliyin yox.


Bizim səsləndirdiyimiz istefa şüarları komandanın "Bney Yehuda"ya qarşı "Neftçi" adına yaraşmayan qərəzli oyununa və ötən ölkə çempionatında aşkar fərqlə çempionluğa namizəd olan komamdamızın son anlarda liderliyi müəmmalı şəkildə əldən verməsinə qarşı idi. 


Haqlı etiraza dözə bilməyib, fasilə vaxtı polis gücünə azarkeşləri stadiondan kənarlaşdıran aciz klub rəhbərliyi istefaya layiq olduğunu bir daha sübut etdi".

Tarix: 20 Avqust [01:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio