Kostas Mitroqlu "Qalatasaray"dan getdi

19:19 - 21 Avqust 2019

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq baş verib.

 

Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" yunanıstanlı hücumçusu Kostas Mitroqlu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

 

Fransa "Marsel"inə məxsus olan 31 yaşlı forvardın Hollandiyanın PSV klubuna keçəcəyi gözlənilir.

 

"Qalatasaray" Mitroqlunu 2019-cu ilin əvvəlində "Marsel"dən 1,5 illik icarəyə götürmüşdü. Yunanıstan millisinin üzvü İstanbul təmsilçisində 9 oyuna 2 qol vurub, 1 assist edib.

Xəbər xətti