"Qarabağ" Belfastdan məğlub qayıdır - VİDEO

00:59 - 23 Avqust 2019

“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə “Linfild”in qonağı olub. Şimali İrlandiyanın paytaxtı Belfastdakı “Vindzor Park” stadionundan keçiriləcək görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Cütün cavab görüşü avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 

“Linfild” – “Qarabağ” - 3:2

Qollar: Mark Stefford, 40, Şeyn Leveri, 45, 75 - Faysal Rerras, 16, Maqaye Qeye, 90+2 (pen.)

 

Xəbər xətti