Emil Balayev rekorda doğru

10:55 - 26 Avqust 2019

Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev Premyer Liqada qapısından 429 dəqiqədir ki, top buraxmır.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperi 270 dəqiqəlik göstərici ilə “Jetısu”nun qapıçısı Almat Bekbaev izləyir. Balayev sonuncu dəfə iyulun 28-də "Kaysar"la matçda qapısında qol görüb.

 

Emil bu mövsüm Qazaxıstan çempionatında ən uzun quru seriyaya malik qapıçıdır. O, daha öncə 683 dəqiqə qapısını toxunulmaz saxlamışdı.

 

"Kayrat"ın keçmiş qapıçısı Sergey Boyçenko 2005/2006 mövsümündə 921 dəqiqə qapısından qol buraxmamışdı. Bu göstərici Qazaxıstan çempionatında rekorddur.

Xəbər xətti