"Yuventus"da Kyellini şoku

23:42 - 30 Avqust 2019

"Yuventus" ciddi itkiylə üzləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Corco Kyellini sıradan çıxıb. Çarpaz bağları qopan italiyalı futbolçu altı ay yaşıl meydanlardan kənar qalacaq.

 

"Yuventus" 35 yaşlı futbolçunun zədələnməsindən sonra Daniele Ruqani və ya Merih Demiralı icarəyə vermək fikrindən daşınıb.

Xəbər xətti