"Union Berlin" Bundesliqada ilk qələbəsini "Borussiya" üzərində qazandı - VİDEO

15:44 - 1 Sentyabr 2019

Almaniya Bundesliqasında üçüncü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Union Berlin" evdə Dortmund "Borussiya"sına 3:1 hesabı ilə qalib gəlib. Bu, "Union Berlin"in Bundesliqa tarixində ilk qələbəsi olub.

 

Bundesliqanın turnir cədvəlinə 9 xalla "Leyptsiq" başçılıq edir. "Bayern" 7 xalla 2-cidir. "Borussiya"nın 6, "Union Berlin"in 4 xalı var.

 

"Union Berlin" - "Borussiya" - 3:1

Qollar: Marius Bülter, 22, 50, Sebastian Andersson, 75 - Pako Alkaser, 25

 

Xəbər xətti