Ramil Şeydayevə nigeriyalı rəqib

11:03 - 3 Sentyabr 2019

Rusiyanın "Dinamo" klubu yeni hücumçu alıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi "Ufa"nın hücumçusu Silvestr İqbunu icarəyə götürüb. 28 yaşlı forvardla bir mövsümlük müqavilə imzalanıb.

 

Nigeriyalı forvard "Ufa"ya 2015-ci ildə "Midyullann" klubundan keçmişdi.

 

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də "Dİnamo"da çıxış edir. 22 yaşlı forvard bu mövsüm beş oyuna bir assist edib. Ramil son iki oyunda meydana çıxmayıb.

Xəbər xətti