Samuel Eto karyerasını başa vurdu

02:02 - 7 Sentyabr 2019

"Barselona" və Kamerun millisinin sabiq hücumçusu Samuel Eto futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu "Instagram" hesabında bu barədə məlumat yayıb.

 

Eto "Real", "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton", "Sampdoriya", "Antalyaspor", "Konyaspor" kimi klublarda çıxış edib. Onun son klubu Qətərin "Qətər" komandası olub. Eto Kamerun millisində 118 oyuna 56 qol vurub.

Xəbər xətti