Tennisin yüksələn ulduzu: Bianka Andreesku

"US Open"də qadınların mübarizəsində final görüşü keçirilib.

 

Sportal.az xəbər verir ki, Nyu-Yorkda "Böyük Dəbilqə" turnirinin finalında kanadalı Bianka Andreesku və amerikalı Serena Ulliamsla qarşılaşıb. 1 saat 41 dəqiqəlik mübarizəni kanadalı roketka ustası qazanıb.

 

19 yaşlı tennisçi Serenanı 2:0 hesabı ilə məğlub edib - 6:3; 7:5.

 

Bianka Andreesku "Böyük Dəbilqə"ni qazanan ilk kanadalı olub.

 

Rumıniya əsilli tennisçi rusiyalı Mariya Şarapovadan sonra qadınlar arasında "Böyük Dəbilqə"ni 20 yaşdan aşağı qazanan ilk roketka ustası olub. Şarapova 2006-cı ildə buna nail olmuşdu.

Tarix: 9 Sentyabr [14:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio