Konoplyanka: "Borussiya" və "Bayern"dək təklif alsaydım, qəbul etməyəcəkdim"

16:31 - 9 Sentyabr 2019

Ukraynanın "Şaxtyor" klubunun "Şalke"dən transfer etdiyi Yevgeni Konoplyanka "Espreso"ya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu bundan sonra Almaniya Bundesliqasında oynamaq istəmədiyini bildirib:

 

"Gülməli səsələnə bilər, amma Dortmund "Borussiya"sı və Münhen "Bayern"indən təklif alsaydım, yəqin ki, onlardan imtina edərdim. Niyə? Çünki Bundesliqa mənim çempionatım deyil. Bunu orada bir il qaldıqdan sonra anladım. Deyərdim ki, İspaniya La Liqası mənə Bundesliqa ilə müqayisədə daha uyğun idi. Almaniyada daha çox gücə üstünlük verilirdi. Bu da mənə uyğun gəlmirdi".

 

"Şaxtyor" Ukrayna millisinin üzvü üçün "Şalke"yə 1,5 milyon avro təzminat ödəyib. Konoplyanka ilə 3 illik müqavilə imzalanıb.

 

Peşəkar karyerasına "Dnepr"də başlayan futbolçu 2015-ci ildə "Sevilya"ya transfer olmuşdu. "Şalke" Konoplyankanı 2016-cı ildə əndəlüsiyalılardan icarəyə götürmüşdü və sonradan 12 milyon avro ödəyib, transfer hüququna yiyələnmişdi.

 

Xəbər xətti