Xorvatiya millisinin ulduzu Təmkini Messiylə müqayisə etdi

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda 1:1 hesablı heç-heçə edən Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç oyundan sonra açıqlama verib. 

 

Sportal.az HNTV-yə istinadən xəbər verir ki, Moskvanın ÇSKA klubunun futbolçusu Təmkin Xəlilzadənin qoluna maraqlı şərh verib:

 

"Çox böyük şanslarımız var idi, onları qola çevirə bilmədik. Qapıçıları möhtəşəm idi. Daha sonra sərbəst oynamağa başladılar. Çıxması çətin olan vəziyyətə düşdük. Yekunda möhtəşəm qol vurdular. Həmin adamın isə Lionel Messi olduğu ortaya çıxdı. Söyləmək nə qədər də çətin imiş. Çox məyus olduq".

 

21 yaşlı futbolçu Azərbaycan millisinin qapıçısı Emil Balayevin inamlı oyununa da toxunub:

 

"İşləri necə çətinləşdirdiyimizi bilirsiniz. Əvvəlki nəsil də burda xal itirib. Zərbələrimiz qapıya ünvanlanırdı, ancaq qapıçı qola imkan vermirdi. Rəqib qolkiper lazım olan yerdə dururdu. Splitdə Macarıstanla oyunu gözləyirik".

Tarix: 10 Sentyabr [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio