"Emil Balayevin oyunu komandasına oksigen verirdi" - Zaqreb "Dinamo"sunun baş məşqçisi

11:22 - 11 Sentyabr 2019

Zaqreb “Dinamo”sunun baş məşqçisi Nenad Byelitsa Nova TV-yə açıqlamasında.AÇ-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Xorvatiya oyununu dəyərləndirib

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan görüşdə xorvatların əskikliyi barədə danışıb:

 

"Məncə, xəttlər arası əlaqə yaxşı deyildi. Kompaktlıq olsaydı, cərimə meydançamıza yaxınlaşa bilməzdilər. Şanslarını dəyərləndirməyəndə sonda belə nəticə qeydə alınır. İlk hissədə yığma yaxşı oynadı, amma fasilədən sonra azərbaycanlılar təşəbbüsü ələ aldı".

 

48 yaşlı mütəxəssis Azərbaycan millisinin qapıçısı Emil Balayevin oyununu xüsusi qeyd edib:

 

"İlk hissədə 3-4 qol vura bilərdik. Ancaq ikinci hissədə üstünlüyü ələ keçirən meydan sahibləri hesabı bərabərləşdirdi. Onlara bu şansı komandamız yaratdı. Zaman keçdikcə oynamaq çətinləşirdi. Rəqib komandanın qapıçısı əla oyun nümayiş etdirirdi. Onun inamlı oyunu komandasına oksigen verirdi".

Xəbər xətti