Fransada irqçi şüarlar zamanı oyun dayandırılacaq

13:07 - 11 Sentyabr 2019

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret çempionatda irqçi şüarlar səslənəcəyi halda, hakimlərə matçı dayandırmaq səlahiyyəti verdiklərini deyib.

 

Sportal.az "France Info"ya istinadən xəbər verir ki, federasiya rəhbəri tribunalarda azarkeşlərin dava edəcəyi halda da oyunun dayandırılacağını bildirib:

 

"Əgər irqçi şüarlar səsləndirilsə, hakim oyunu dayandıracaq. Bundan əlavə, tribunalarda təhlükəli hala gələcək dava-dalaş olsa, matç saxlanılacaq. Ancaq homoseksual şüarlar səslənsə, oyun davam edəcək. Çünki irqçiliklə homofobiya ayrı şeylərdir. Homofobiya barədə klublar ölçü götürməlidir. Oyunlar zamanı bannerlərə də nəzarət olacaq. Qalmaqala səbəb olacaq bannerlər stadiona buraxılmamalıdır. Liqa 1 klublarını yeni qaydalarla tanış etdik. Bu həftədən yeni qaydalar qüvvəyə minir".

Xəbər xətti