Oyunun ən yaxşısına “Kalaşnikov” avtomatı veriləcək - VİDEO

15:53 - 12 Sentyabr 2019

Rusiyanın “İjstal” xokkey klubu maraqlı addımı ilə diqqət mərkəzinə düşüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İjevsk təmsilçisi matçın ən yaxşı oyunçusu seçilən idmançıya “Kalaşnikov” avtomatı verəcək.

 

Komandanın Çelyabinskin “Çelmet” komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyundan sonra “İjstal”ın baş məşqçisi Ramil Sayfullin əlində həqiqi “Kalaşnikov” avtomatı ilə paltardəyişmə otağına daxil olub

 

Mükafatın ilk sahibi qapıçı Saveli Kononov olub.

 

Xəbər xətti