AFFA-dan klublara cərimə

12:57 - 17 Sentyabr 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın IV turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

 

Premyer Liqanın IV turunun “Sumqayıt” – “Zirə” matçında“Sumqayıt” və “Zirə” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə hər iki klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın IV turunun “Sabah” – “Qəbələ” matçında “Sabah” və “Qəbələ” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın IV turunun “Keşlə” – “Səbail” matçında “Keşlə” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın IV turunun “Qarabağ” – “Neftçi” matçında “Qarabağ” klubunun rəsmi şəxslərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur.

Xəbər xətti