Eltun Turabov oynadı, "Biliş" Albaniya kubokunda böyük hesablı qələbə qazandı

01:39 - 19 Sentyabr 2019

Albaniya Super Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" səfərdə I Divizion təmsilçisi "Poqradetsi"ni 4:0 hesabı ilə məğlub edib.

 

Eltun oyuna start heyətdə başlayıb. 22 yaşlı müdafiəçi fasilədə əvəzlənib.

 

Cütün cavab görüşü oktyabrın 2-də keçiriləcək.

Xəbər xətti