"Qarabağ" "Sevilya"ya 3 cavabsız qolla uduzdu - VİDEO

22:58 - 19 Sentyabr 2019

Avropa Liqasında qrup mərhələsinin I turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan turnirdə təmsil edən "Qarabağ" İspaniyanın "Sevilya" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcən matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

A qrupunun digər görüşündə APOEL “Düdelanj”ı qəbul edib və 3:4 hesabı ilə məğlub olub.
 

"Qarabağ" - "Sevilya" - 0:3

Qollar: Xavyer Çiçarito Ernandes, 62, Muni Əl-Həddadi, 78, Oliver Torres, 85

 

Xəbər xətti