Vüqar Məmməd: “Rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Belarus yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

 

“Fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdü. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik. Dörd futbolçumuz zədəli olduğu üçün bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik”.

Tarix: 20 Sentyabr [10:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio