Sabiq "Qarabağ"lı Region Liqasında

15:49 - 21 Sentyabr 2019

"Qarabağ", "İnter" (indiki "Keşlə"), "Sumqayıt", "Zirə", "Rəvan", "Araz Naxçıvan" kimi klublarda çıxış etmiş Elnur Abdulov karyerasını Region Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu Quba təmsilçisi "Şahdağ"la müqavilə imzalayıb.

 

2012-ci ildə "İnter"dən "Qarabağ"a keçən Abdulov ağdamlıların heyətində 6 oyun keçirib. Elnur Berti Foqtsun dönəmində Azərbaycan millisinə də dəvət alıb.

Xəbər xətti