Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununu boş tribunalar önündə keçiriləcək.

 

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb sentyabrın 9-u AÇ-2020-nin seçmə mərhələsində Budapeştdə keçirlmiş Macarıstan – Slovakiya matçında (1:2) hər iki komandanın azarkeşləri arasında baş verən insidentdir.

 

UEFA-nın İntizam Komitəsi hər iki ölkənin federasiyasını cəzalandırıb. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası alıb. Macarıstan Futbol Federasiyası 67,125, Slovakiya Futbol Federasiyası isə 20 min avro cərimələnib.

 

AÇ-2020-nin seçmə mərhələsində Macarıstan - Azərbaycan və Slovakiya - Uels oyunları boş tribunalar önündə keçiriləcək.

 

Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü baş tutacaq.

Tarix: 24 Sentyabr [12:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio