Ramil Şeydayev 90 dəqiqə oynadı, "Dinamo" kubokla vidalaşdı

15:27 - 25 Sentyabr 2019

Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" səfərdə aşağı liqa təmsilçisi "Luç"la qarşılaşıb. Görüş Vladivastok klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Moskva təmsilçisi kubokla vidalaşıb.

 

Ramil Şeydayev oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 22 yaşlı forvard 82-ci dəqiqədə sarı vərəqə alıb.

Xəbər xətti