Premyer Liqanın 6-cı turunda neçə azarkeş qeydə alındı?

13:51 - 30 Sentyabr 2019

Azərbaycan Premyer Liqasında VI turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

 

Sportal.az xəbər verir ki, ən yüksək göstərici Tofiq Bəhramov adına Respublika Stadionunda qeydə alınıb. “Qarabağ”ın “Sumqayıt”ı 2 cavabsız qolla məğlub etdiyi turun açılış oyununu 700 nəfər tribunadan izləyib. Ən aşağı göstərici isə “Sabah” – “Səbail” (3:0) görüşündə qeydə alınıb. “Bank Respublika Arena”da cəmi 300 azarkeş olub.

 

Qəbələdə keçirilmiş “Qəbələ” – “Neftçi” (0:3) matçını 600, “ASCO Arena”da baş tutan “Keşlə” – “Zirə” (2:0) görüşünü isə 500 nəfər stadiondan izləyib.

 

Ümumilikdə turun 4 oyununda 2100 azarkeş olub. Bu da orta hesabla hər matçı 525 nəfərin izləməsi deməkdi.

Xəbər xətti