UEFA "Qarabağ"ın qələbəsindən paylaşdı

14:11 - 4 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, UEFA-nın "Facebook" səhifəsi bununla bağlı xüsusi paylaşım edib.

 

"Miçel və "Qarabağ" "Düdelanj"a 4:1 hesablı qələbə qazandı. "Qarabağ" A qrupundan növbəti mərhələyə yüksələ biləcəkmi?", - deyə qeyd edilib.

 

Azərbaycanlı və türkiyəli azarkeşlər statusa rəylər yazıb.

 

"Qarabağ" qrupda iki turdan sonra üç xal toplayıb. Ağdam təmsilçisi növbəti iki oyunu Kiprin APOEL klubuna qarşı keçirəcək.

 

Xəbər xətti