Qattuzodan A Seriyası klubuna rədd cavabı

18:48 - 4 Oktyabr 2019

Yeni baş məşqçi axtarışında olan "Cenoa" "Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzoya təklif göndərib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu təklifi geri çevirib. Onun İtaliya xaricində işləmək istədiyi bildirilir. Qattuzonun "Milan"a qayıdacağı ilə bağlı söz-söhbətlər də dolaşmaqdadı.

 

"Cenoa" Qattuzonun imtinasından sonra Tyaqo Motta ilə danışıqlara başlayıb. Əgər Genuya klubu növbəti turda "Milan"a uduzsa, baş məşqçi Aurelio Andreatsolli istefaya göndəriləcək.

 

Hazırda hesabında 5 xal olan "Cenoa" A Seriyasının turnir cədvəlində 18-cidi.

Xəbər xətti