Macarıstan millisində ciddi itkilər

10:48 - 7 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığmasında itkilər var.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, "Zalsburq"un yarımmüdafiəçisi Dominik Soboslai və "Zalegerseq"in müdafiəçisi Kristian Tamaş zədə səbəbində toplanışda iştirak etməyəcək.

 

Yığmaya "Debretsen"in üzvü Yanoş Ferentsi qatılıb.

 

Macarıstan yığması oktyabrın 10-u səfərdə Xorvatiya ilə, 3 gün sonra evdə Azərbaycanla qarşılaşacaq.

Xəbər xətti