AFFA-dan cəza və cərimələr

15:22 - 8 Oktyabr 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqanın VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

“Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

 

“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində “Sabah”ın futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər xətti