"Qarabağ"ın Lüksemburqdakı qələbə şəkli həftənin fotosu oldu

17:01 - 8 Oktyabr 2019

"Qarabağ"lı futbolçuların Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunundan (4:1) sonra Azərbaycan bayrağı ilə çəkdirdiyi şəkil ölkədə həftənin fotosu seçilib.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir, qələbə şəkli Azərbaycanda sosial şəbəkələrdə ötən həftə ən çox paylaşılan və reaksiya göstərilən foto olub.

 

“Düdelanj” - “Qarabağ” oyununun (1:4) 31-ci dəqiqəsində Ağdam klubunun ikinci qolundan sonra meydanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. Matç bitdikdən sonra Ağdam klubunun futbolçuları Azərbaycan bayrağı ilə şəkil çəkdirib.

Xəbər xətti