Federasiyanın seminarına AFFA-nın köhnə loqolu forması ilə gəldi - FOTOLAR

18:00 - 9 Oktyabr 2019

AFFA uşaq futbolunda çalışan məşqçilərin biliyinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə Qubada seminar keçirib.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, təlimatçılar Aslan Kərimov, İlham Əzizzadə və Cahangir Həsənzadənin iştirakı ilə keçirilən kursda 21 məşqçi iştirak edib.

 

Qubalı məşqçilərdən biri seminara üzərində federasiyanın köhnə loqosu olan idman forması ilə qatılıb. Həmin loqodan mərhum Fuad Musayev AFFA-ya rəhbərlik etdiyi dövrdə istifadə edilirdi.

 

 

Xəbər xətti