"Zirə" Zaur Həşimovu təqdim etdi - FOTOLAR

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bu gün komanda ilə görüşərək yeni baş məşqçi Zaur Həşimovu onlara təqdim edib.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, fəxri prezident Zaur Həşimovun daha əvvəl də "Zirə"də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək mütəxəssisə inamını ifadə edib.

 

O, komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq həmişə olduğu kimi onlara dəstəyini əsirgəməyəcəyini də əlavə edib.


Daha sonra çıxış edən Zaur Həşimov ona etimad göstərdiyinə görə fəxri prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

 

Image may contain: 1 person, sitting

Image may contain: 1 person, sitting

Image may contain: 3 people, people sitting and indoor

Image may contain: 2 people, people standing, suit and indoor

Image may contain: 7 people, beard

Image may contain: 13 people

Image may contain: 5 people, people sitting and beard

Image may contain: 8 people, beard

Image may contain: 14 people, crowd and outdoor

 

Tarix: 10 Oktyabr [16:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio