"Real"da Modriç şoku - "Barselona" ilə oyunu buraxacaq

Xorvatiya millisinin heyətində AÇ-2020-nin seçmə mərhələsində Uelslə oyunda (1:1) zədələnən Luka Modriçin durumuna aydınlıq gəlib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bir müddət komandasına kömək etməyəcək.

 

Modirç Madrid "Real"ının heyətində Çempionlar Liqasında "Qalatasaray"a, İspaniya La Liqasında "Barselona"ya qarşı görüşü buraxmalı olacaq.

 

"Real" "Qalatasaray"la oktyabrın 22-də, "Barselona" ilə isə oktyabrın 26-da qarşılaşacaq.

Tarix: 16 Oktyabr [10:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio