"Ayaks" Çl oyununa qatarla səfər edəcək

Hollandiyanın “Ayaks” klubu Çempionlar Liqasının 5-ci turunda “Lill”lə Fransada keçiriləcək oyuna qatarla gedəcək.

 

Sportal.az xəbər verir ki, klubun idman direktoru Edvin Van der Sar Lillə qatarla səyahət etməyin əlverişli olduğunu və bu halda futbolçuların daha az yorulacağını bildirib:

 

"Yaxşı örnək olmaq istəyirik. Lill şəhəri qatarla səyahət üçün gözəl şəhərlərdən biridir. Bu düşüncə ilə Niderland Dəmir Yollarına müraciət etdik. Erik ten Haaq və futbolçuları üçün səfər daha az yorucu olacaq. 1 saatlıq uçuşun əvəzinə belə səyahət daha yaxşı olacaq".

 

“Lill” – “Ayaks” oyunu noyabrın 28-də keçiriləcək.

Tarix: 16 Oktyabr [16:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 İyun 2020
2  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio