"Real" Modriçə alternativ tapdı

00:55 - 17 Oktyabr 2019

"Napoli"nin ispaniyalı futbolçusu Fabian Ruis karyerasını "Real"da davam etdirə bilər.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" 23 yaşlı oyunçunu karyerasının son dönəmlərini yaşayan Luka Modriçin yerinə almaq istəyir.

 

Madrid təmsilçisinin digər alternativləri Kristian Eriksen ("Tottenhem"), Pol Poqba ("Tottenhem"), Donni van de Beekdir ("Ayaks").

 

Nəşrin iddiasına görə, "Real"ın ilk hədəfi Ruisdir. Onun 23 yaşında olması və uzun illər komandaya fayda verəcəyi qeyd edilib. 

 

İspaniya millisinin üzvü "Atletiko" və "Barselona" ilə də hallanır.

 

"Napoli" Ruisi 2018-ci ilin yayında "Real Betis"dən 30 milyon avroya transfer etmişdi.

Xəbər xətti