"Mançester Yunayted" "Liverpul" qarşısına De Xea və Poqbasız çıxacaq

İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul"u qəbul edəcək "Mançester Yunayted" oyuna ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Pol Poqba və David De Xea "qırmızı şeytanlar"a prinsipial matçda kömək etməyəcək. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşayer məlumat verib.

 

Bundan əlavə, Lyuk Şou, Fil Cons, Erik Bayi, Jessi Linqard da "Liverpul"a qarşı oynamayacaq. Antoni Marsialla Aaron Uan-Bissakanın meydana çıxıb-çıxmayacağı bəlli deyil.

 

"Mançester Yunayted" - "Liverpul" oyunu oktyabrın 20-si Bakı vaxtı ilə 19:30-da baş tutacaq.

Tarix: 17 Oktyabr [13:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 İyun 2020
4  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio