Ulduz futbolçunun bacısı sabiq "Simurq"lu ilə bal ayına çıxdı - FOTOLAR

16:11 - 17 Oktyabr 2019

Almaniyanın "Leyptsiq" klubunun çexiyalı ulduz futbolçusu Patrik Şikin bacısı Kristina Şikova "Instagram"dakı fotoları ilə izləyiciləri heyran edir.

 

Şikova bir zamanlar Zaqatalanın "Simurq" klubunda oynamış çexiyalı hücumçu Lukaş Treşnakla evlənib və onunla bal ayına çıxıb.

 

"Sparta" (Praqa), "Yablonets" kimi klublarda çıxış etmiş Treşnak 2014-cü ildə "Simurq"da 8 oyun keçirib. 31 yaşlı futbolçu Zaqatala klubundan ayrılandan sonra karyerasını bitirib.

 

Kristina Şikovanın "Instagram"da 100 min izləyicisi var. Onun qardaşı Patrik müqavilə ilə "Roma"ya məxsusdur. "Leyptsiq" gələn mövsüm Şiki 29 milyon avroya birdəfəlik transfer edəcək.

 

Xəbər xətti