Emil Balayevin uğurlu seriyası qırıldı – VİDEO

18:18 - 20 Oktyabr 2019

Qazaxıstan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” klubu “Ordabası”nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Emil matça start heyətdə başlayıb və sonadək oynayıb. 37-ci dəqiqədə qapısında qol görən 25 yaşlı qapıçının qol uğurlu seriyası qırılıb. Emil 736 dəqiqə sonra qol buraxıb.

 

“Tobol” 59 xalla 3-cü yerdə qərarlaşıb və lider “Kayrat”dan 3 xal geridir.

 

Xəbər xətti