Qara Qarayev: “Üç xala daha çox layiq idik”

23:29 - 24 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsində evdə APOEL-lə 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, o, öncə azarkeşlərə təşəkkür edib:

 
- Azarkeşlərə təşəkkür edirik. Əllərində bayraqlarla bizi mübarizəyə ruhlandırdılar. Bu oyunda komandamız barədə müsbət çox amillər var. Matç bizim əlimizdə idi. Gözləmədiyimiz şəkildə iki qol buraxdıq. Üç xala daha çox layiq idik. Azarkeşlərimizi evlərinə xalsız yola salmadıq. Qrupda bir xal da vacibdir.
 
- APOEL-i bir dəfə Kiprdə məğlub etmisiniz. Bunu bir daha reallaşdırmaq mümkündür?
- Əlbəttə, mümkündür. “Qarabağ” istənilən nəticə qazana bilər. Qrupda aşkar favorit “Sevilya”dır. Digər komandaları isə məğlub edə bilərik. Qələbəyə yaxın idik, ancaq alınmadı. Səfər oyununa hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq. Qalib gələcəyimizi indidən demək çətindir. Bunun üçün çalışacağıq.
 
- APOEL-lə oyundan öncə “Neftçi” ilə çətin oyun var. Sıx qrafik əlehinizə deyil?
- Xeyr, artıq buna neçə illərdir öyrəşmişik. Komanda bu çətin qrafikin öhdəsindən gələ bilər. Edəcək nəsə yoxdur. Meydana çıxıb, oynamalıyıq. Bizim üçün yaxşı və çətin praktika olacaq. Çətin olacağını düşünmək olmaz. Bunu futbolçu fikirləşsə, psixoloji cəhətdən zərbə ala bilər. Belə şeyi düşünməməliyik. Meydana oynamağa çıxmalıyıq. Bizim işimiz budur. Hamı ilə oynayacağıq.

Xəbər xətti