“Qarabağ”ın qrup mərhələsindəki – statistikası

Avropa Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilib. Dünən baş tutan görüşlərdən sonra turnirin statistikası açıqlanıb. Azərbaycan təmsilçisi “Qarabağ”ın da göstəriciləri bəlli olub.

 

3 matçda 6 qol vuran Ağdam klubu 48 komanda arasında 10-cudu. Daha doğrusu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 8-11-ci pillələrə şərikdi. Bu baxımdan ən yüksək göstərici “Arsenal”dadı. “Topçular” rəqib torunu 10 dəfə silkələyiblər. “Qarabağ” vurduğu qədər də qapısında top görüb ki, bu da pis nəticələrdən sayılır. Yalnız 6 komanda “Qarabağ”dan daha çox qol buraxıb.

 

Ağdam klubunun futbolçuları 42 dəfə qapıya zərbə endirib. Bunlardan 18-i çərçivəyə düşüb. Bu da yuxarı göstəricilərdən biridi. Futbolçularımızın zərbəsi 2 dəfə dirəyə tuş gəlib.

 

“Qarabağ” ən çox paslaşan komandalardandı. Ağdam klubu 3 matçda 1578 ötürmə edib və 8-cidi. Bunlardan 1362-si dəqiq alınıb. Pas dəqiqliyi 86 faizdi. “Qarabağ”ın orta topla oynama faizi 53-dü.

 

Azərbaycan təmsilçisi Avropa Liqasının ən intizamlı komandasıdı. Futbolçularımız 3 görüşdə cəmi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, başqa heç bir komandada belə göstərici yoxdu. “Qarabağ” 33 dəfə qayda pozub və 7-cı sıradadı. Əvəzində təmsilçimiz ən çox – 51 dəfə kobudluğa məruz qalıb.

 

Abdullah Zubir ən çox zərbə endirən futbolçulardandı. Onun 5 zərbəsinin hamısı qapıya düşüb, bunlardan biri qolla nəticələnib.

 

Riçard Almeyda ən çox ötürmə edən 5-ci futbolçudu. O, 246 pas verib və bunlardan 219-u ünvanına çatıb. Milliləşdirilmiş braziliyalının dəqiqliyi 89 faizdi. 

Tarix: 25 Oktyabr [18:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2019
13  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio