Elmar Baxşıyev: "Hər epizodda oyunu saxlayırdı"

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 
- Oyunun bizim üçün çətin keçəcəyini öncədən də bilirdik. İki futbolçumuz bu oyunu buraxmaq məcburiyyətində qalmışdı. Heyətlə bağlı çətinliyimiz vardı. Amma bu gün ilk hissəni çıxmaq şərtilə, komanda pis təsir bağışlamadı. Xüsusilə fasilədən sonra futbolçularımz istədiyimiz oyunu nümayiş etdirməyə çalışdılar.
 
- İki hissə arasındakı kəskin fərqi səbəbi nə idi?

- Heyətdəki itkilərlə əlaqədar bəzi futbolçuların mövqeyində dəyişiklik etmişdik. Bəzisi ilk dəfə bu mövqedə oynayırdı. Fasilədə sistemdə müəyyən dəyişikliklər etdik.
 
- Murad Musayev və Sadiq Quliyev ehtiyatda ola-ola mərkəz müdafiəçisi mövqeyinə Amin Seydiyevi çəkməyinizin səbəbi nə idi?

- İki oyun idi belə oynayırdıq. Müdafiənin mərkəzini dəyişmək istəmədik.
 
- Klesionu əvəzlədikdən sonra komandanız daha yaxşı göründü. Belə çıxır ki, oyuna Ülvi ilə başlasaydınız, daha effektiv olardı?

- Hərəsinin öz vəzifəsi var idi. Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü. Görünür, ilk yarıda oyuna yanaşmamız düzgün deyildi.
 
- Hakimlərə tez-tez irad bildirirdiniz...

- Çox fit çalırdı, hər epizodda oyunu saxlayırdı. Ancaq böyük etirazım yox idi.

Tarix: 26 Oktyabr [18:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio