"Beşiktaş"ın futbolçusu hökumətin deyil, xalqın yanında oldu

14:36 - 28 Oktyabr 2019

"Beşiktaş"ın çilili futbolçusu Enzo Roko Türkiyə Super Liqasının IX turunda "Qalatasaray"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra ölkəsinə dəstək nümayiş etdirib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi oyundan sonra meydanda "Fuerza Chile" (Güclü Çili) yazısını nümayiş etdirib. O, bu addımı ilə ölkəsində hökümətə qarşı etirazlar edən xalqın yanında olduğunu göstərib.

 

Çilili azarkeşlər hökumətə yaltaqlanmayan futbolçuya təşəkkür mesajları yazıb.

 

Çilidə tarixinin ən böyük etiraz aksiyaları keçirilir. Sakinlər metroda gediş haqlarının artırılmasına qarşı etiraz edir. Minə yaxın insan saxlanılıb. 10 nəfər insan isə vəfat edib. 5 nəfərin cəsədi talan edilərək yandırılan alt paltarı mağazasında tapılıb.

 

Image

Xəbər xətti