Balotellidən böyük hörmətsizlik: jurnalistin fotoaparatını təpiklədi

17:47 - 28 Oktyabr 2019

“Breşia”nın futbolçusu Mario Balotelli A Seriyasının 9-cu turunda “Cenoa”ya 1:3 hesabı ilə uduzduqları oyunda qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, italiyalı forvard 72-ci dəqiqədə əvəz edilərkən jurnalistin fotoaparatını təpikləyib. 

 

Fotoaparatın sahibi olan Massimo Lovati AGF-də çalışır. O, 29 yaşlı hücumçunun kobud hərəkətindən danışıb:

 

“Balotelli əvəz olunarkən kameranı futbol topu kimi təpiklədi. Fotoaparata ciddi ziyan dəyib və işləmir. Bərk əsəbləşmişəm. İnsanlara, onların çörək pulu qazandıqları alətlərə hörmət etmək lazımdır”.

 

Image result for mario balotelli

Related image

Xəbər xətti