UEFA Bolqarıstan Futbol Federasiyasını cəzalandırdı

00:30 - 30 Oktyabr 2019

UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, buna Bolqarıstan millisinin AÇ-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduğu oyunda (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.

 

Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirəcək. Bundan əlavə, federasiya 75 min avro cərimə edilib.

 

Bu oyunlardan biri şərtidir. Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza tədbiq olunacaq.

Xəbər xətti