APOEL-də zədəlilərin son durumu

12:04 - 1 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL Kipr I Liqasının 8-ci turunda AEK-lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisinin zədəli futbolçusu Praxitelis Vourosun geri dönüb. Onun AEK-lə qarşılaşmada oynayacağı gözlənilir.

 

Bakıda "Qarabağ"la matçda zədələnən 23 yaşlı kiprli müdafiəçi Nikolas İoannu məşqlərə davam edir.

 

Roman Bezyak, Alef dos Santos və Antonio Yakoliş də məşqlərə start verəcək. Onların AEK-lə qarşılaşmada oynayıb-oynamayacağı qeyri-müəyyəndir.

 

Komandanın aparıcı futbolçusu Tomas De Vinsenti AEK-ə qarşı oynamayacaq. Onun "Qarabağ"la matça yetişəcəyi ehtimalı var.

 

APOEL - "Qarabağ" oyunu noyabrın 7-si Nikosiyadakı GSP stadionunda baş tutacaq.

Xəbər xətti